Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorka səfər edib.
Azinformasiya.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva öz tvitter hesabında məlumat verib.
Bildirilir ki, nazir Nyu-Yorkda BMT Baş Assambleyasının (BA) 76-cı sessiyasında iştirak edəcək. Həmçinin sessiya çərçivəsində müxtəlif toplantılara qatılacaq və ikitərəfli görüşlər keçirəcək.