Ceyhun Bayramov “Napoli”-“Qarabağ” matçını izləyib, futbolçularla görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov UEFA Çempionlar Liqasının V turu çərçivəsində keçirilən “Napoli”-“Qarabağ” matçını stadiondan izləyib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Qarabağ FK-nın sosial media hesabında bildirilib.

Qeyd edilib ki, Ceyhun Bayramov görüş başa çatdıqdan sonra klubun rəhbərliyi, futbolçular və məşqçi heyəti ilə görüşüb.

Görüş zamanı Ceyhun Bayramov komandanın son illərdəki inkişaf dinamikasını xüsusi qeyd edib.

Nazirin sözlərinə əsasən, əvvəlki illərdə güclü rəqiblərlə qarşılaşmalarda daha çox çətinliklərin yaşanması fonunda bu gün “Qarabağ” elə bir səviyyəyə yüksəlib ki, artıq ən nəhəng klublara qarşı belə oyunun nəticəsinə həssas yanaşılır.

Ceyhun Bayramov komandanın nümayiş etdirdiyi iradəni və stabil performansı yüksək dəyərləndirib, uğurların davamlı olacağına inandığını bildirib və gələcək oyunlarda uğurlar arzulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir