Xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallager ilə geniştərkibli görüş keçirib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
Görüşdə Ceyhun Bayramov arxiyepiskop Paul Riçard Qallager ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivlərini, regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib.
“Mən həmkarımı davamlı sülh prosesi üçün mövcud çağırışlar, o cümlədən münaqişədən sonrakı regional yenidənqurma və sülh gündəliyi, mina təhlükəsi, davam edən ərazi iddiaları və Ermənistanın kütləvi hərbiləşdirilməsi barədə məlumatlandırdım”, – nazir “X” paylaşımında qeyd edib.
Azinformasiya.az