Ceyhun Bayramov Fransa ilə əlaqələrin ən aşağı nöqtədə olduğunu bildirib

Fransa ilə münasibətlər ən aşağı nöqtədədir.

 

Azinformasiya.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Fransa tərəfindən bəzən açıq şəkildə bəyanatlar səsləndirilib, bəzən ölkəmizə qarşı özündə hədə ifadə edən açıqlamalar verilib:

“Tam məsuliyyətlə deyə bilərəm ki, müxtəlif platformalarda ölkəmizə qarşı sistemli işin arxasında dayanan əsas ölkə Fransadır. Azərbaycan buna adekvat cavab verəcək. Biz elə ölkə deyilik ki, bunu cavabsız qoyaq. Dediyim kimi, ölkəmizə qarşı ilk olaraq Fransa addımlar atıb. Nə zaman ki, Fransa səhvini anlayıb alternativ addımlar atarsa, biz də buna uyğun cavab verəcəyik”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir