Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar paylaşım edib.
Azinformasiya.Az xəbər verir ki, XİN başçısı tvitter səhifəsində yazıb:
“Mart qırğınının qurbanlarını xatırlayaraq bu günədək azərbaycanlılara qarşı törədilmiş soyqırımı siyasətini, insanlığa qarşı cinayətləri və Ermənistan tərəfindən gerçəkləşdirilən etnik təmizləməni pisləyirik. Bu cür qeyri-insani cinayətlərin təkrarlanmaması üçün Ermənistanın cəzasız qalmasının dayandırılmasının vacibliyini bir daha vurğulayırıq”.