Erməni sakinlərin ərazilərimizi tərk etməsinin məsuliyyəti Ermənistan və onun tabeçiliyində olmuş qondarma rejimin üzərinə düşür.
Azinformasiya.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Skopyedə ATƏT Baş katibi Helqa Şmid ilə görüşü zamanı bildirib.
Ermənistanın götürdüyü öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən silahlı qüvvələrini çıxarmaması fonunda ölkəmiz tərəfindən cari ilin sentyabr ayında 24 saat ərzində həyata keçirilmiş antiterror tədbirləri barədə qarşı tərəf məlumatlandırılıb.
Beynəlxalq təşkilatların nümayəndələrinin də təsdiqlədiyi kimi, bu prosesdə mülki şəxslərə qarşı heç bir zorakılıq faktının olmadığı vurğulanıb, erməni sakinlərin ərazilərimizi tərk etməsinə gəlincə, bunun məsuliyyətinin Ermənistanın və onun tabeçiliyində olmuş qondarma rejimin üzərinə düşdüyü vurğulanıb.
Azinformasiya.az