Xarici işlər naziri Ceyhun Bayramov 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib.
Azinformasiya.az xəbər verir ki, paylaşımda deyilir:
“9 noyabr tarixində, şanlı və müzəffər dövlətimizin rəmzi olan üçrəngli dövlət bayrağımızın qəbul edilməsindən 105 il ötür.
Şanlı zəfərimizin nişanəsi olan üçrəngli bayrağımız suveren, qüdrətli Azərbaycan səmasında əbədi dalğalansın!”
Azinformasiya.az