Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Albaniya XİN başçısı İgli Hasani ilə görüşüb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib.
Qeyd olunub ki, tərəflər Türkiyənin Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumu çərçivəsində görüşüblər. Nazirlər Azərbaycan və Albaniya arasında münasibətlərin cari vəziyyətini və əməkdaşlığın perspektivlərini müzakirə edib, yeni tərəfdaşlıq sahələrinə xüsusi diqqət yetiriblər.
Azinformasiya.az