Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı (Aİ) Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri Simon Mordue ilə görüşüb.
Azinformasiya.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” platformasında yazıb.
“Aİ Şərq Tərəfdaşlığı ölkələrinin XİN rəhbərlərinin iclası çərçivəsində Avropa İttifaqı (Aİ) Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri Simon Mordue ilə görüşdən məmnun oldum. Azərbaycan-Avropa İttifaqı gündəliyinin məsələləri, habelə Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə edilib”, – Ceyhun Bayramov yazıb.
Azinformasiya.az