Ceyhun Bayramov Aİ komissarı ilə bölgədəki vəziyyəti müzakirə etdi

Xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə telefon danışığı baş tutub.

Azinformasiya.Az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, tərəflər bölgədə mövcud olan cari vəziyyəti, habelə münaqişənin təsirinə məruz qalan insanlara Avropa İttifaqının mümkün dəstək mexanizmlərini müzakirə ediblər.

Telefon danışığı zamanı, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir