Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Eli Kohenlə danışıqlarını səmərəli adlandırıb.
Azinformasiya.az xəbər verir ki, bu haqda Ceyhun Bayramov “Twitter”də bildirib.
O, İsrail Dövlətinin xarici işlər naziri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivlərini müzakirə etdiyini vurğulayıb.
Ceyhun Bayramov Azərbaycanla İsrail arasında strateji əlaqələrin daha da möhkəmlənəcəyinə və dərinləşəcəyinə əminliyini ifadə edib.
Azinformasiya.az