Çexiya və Slovakiya prezidentləri Kiyevə səfər edib

Çexiya və Slovakiya prezidentləri Ukraynanın paytaxtı Kiyevə səfər ediblər.

 

Azinformasiya.az xəbər verir ki, Çexiya Prezidenti Pyotr Pavel və Slovakiya dövlət başçısı Zuzana Çaputova Ukrayna lideri Zelenski ilə danışıqlar aparacaq.

Həmçinin onlar Baş nazir Şmıqalla görüşəcək və Rusiya ordusunun Kiyevə nəzarəti ələ keçirmək cəhdi zamanı paytaxtın ciddi dağıntılara məruz qalmış yerlərinə baş çəkəcəklər.

Liderlərin Krım tatarlarının nümayəndələri Mustafa Cəmilov və Refat Çubarovla da görüşü nəzərdə tutulub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir