Çexiya Baş naziri: Ukraynanın gələcəyi Aİ və NATO-dadır

“Müharibə Ukraynanın müstəqilliyi və ərazi bütövlüyü təmin edilməsi ilə başa çatmalıdır”.

 

Azinformasiya.az xəbər verir ki bunu Çex Respublikasının Baş naziri Petr Fiala Praqada səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında söyləyib.

“Bu müharibənin nə vaxt yekunlaşacağını heç kim bilə bilməz, lakin mənim üçün aydın olan odur ki, müharibə Ukraynanın müstəqilliyinə, ərazi bütövlüyünə zəmanət verilməsi və Rusiya təcavüzkarının Ukrayna ərazisindən sıxışdırılıb çıxarılması ilə bitməlidir”, – Baş nazir Fiala jurnalistlərin sualını cavablandırarkən bildirib.

Çexiya Baş naziri qeyd edib ki, Ukrayna Aİ-nin və ayrı-ayrı dövlətlərin dəstəyinə arxalana bilər. “Ukraynanın gələcəyi Aİ və Şimali Atlantika Alyansındadır”, o vurğulayıb.

“Ölkələrimizin yaxın dostluğu və Ukraynaya dəstək mən və hökumətim üçün xarici siyasətdə prioritetdir”, Çexiya Baş naziri diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir