Çavuşoğlu: “Qarabağda əsas məsələ atəşkəsin davam etməsidir”

“22 dəfə əlaqə saxlamışıq. Bu gün keçmiş toplantılarda imzaladığımız sənədləri gözdən keçirdik”.

Azinformasiya.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 29-da rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra birgə mətuat konfransında bildirib.

“Regional məsələlərdə məsləhətləşmələri davam etdirəcəyik. Qarabağda əsas məsələ atəşkəsin davam etməsidir. Bu proses davam edərsə, o zaman Türkiyə ilə münasibətlərə də baxıla bilər”, – o deyib.

M.Çavuşoğlu Rusiya ilə kitərəfli ticarət əlaqələrini də inkişaf etdirəcəklərini vurğulayıb.

Türkiyə XİN başçısı Liviya və Suriyada Rusiya ilə birgə fəaliyyəti də yüksək qiymətləndirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir