“Kılıçdaroğlu meqalayihə adlandırdığı layihələrində Azərbaycanı kənarda qoyur”.
Azinformasiya.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib.
Nazir bildirib ki, illərdir biz Azərbaycanla bir çox layihəni həyata keçirmişik: “Millətimiz bunların hamısını dəyərləndirir. Digər tərəfdən Ukrayna savaşında Türkiyənin oynadığı rola görə bu gün Türkiyə çox sayqın bir ölkəyə çevrildi. Bunun memarı Prezident Ərdoğandır. Taxıl sazişi dünyadakı qida böhranının yaranmasına mane oldu. Lakin Kılıçdaroğlu çıxıb deyir ki, mən qərbliyəm, tərəfsiz olmayacağam”.
M Cavuşoğlu, həmçinin qeyd edib ki, Orta Dəhliz daha da gücləndiriləcək: “Mərkəzi Asiyanı Türkiyəyə bağlayan Orta Dəhlizi inkişaf etdirəcəyik. Kılıçdaroğlunun Azərbaycanı kənarda qoyduğu kimi layihələr deyil. Bu günə kimi inşa etdiyimiz dəmiryolu və avtomobil yolu, habelə enerji boru xəttləriylə qurduğumuz layihələrlə Orta Dəhlizi daha da gücləndirəcəyik”.
Azinformasiya.az