Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xalqına başsağlığı verib.
Azinformasiya.Az xəbər verir ki, Türkiyənin XİN rəhbərinin rəsmi tviter hesabında edilən paylaşımda deyilir:
“Bu gün baş verən hərbi helikopter qəzasında şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm. Qəhrəman Azərbaycan Silahlı Qüvvələrinə və Can Azərbaycan hökumətinə və xalqına başsağlığı verirəm”.