“Azərbaycan enerji böhranı fonunda üzərinə böyük məsuliyyət götürüb”.
Azinformasiya.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə brifinqdə söyləyib.
“Ukraynadakı müharibə fonunda avropalı dostlarımızın enerji böhranından daha az təsirlənməsi üçün səy göstəririk. Bu məsələdə xüsusilə Azərbaycan öz üzərinə böyük məsuliyyət götürüb. Qarşımızdakı həftələrdə bu məsələləri – istər energetika, istərsə də logistikanı müzakirə etmək məqsədilə Qazaxıstan və Türkmənistanla üçtərəfli iclas keçirəcəyik”, – o bildirib.