CAR Prezidenti: Ukraynadakı münaqişə sülh yolu ilə sona yetməlidir

Ukraynadakı münaqişə sülh yolu ilə sona yetməlidir.

 

Azinformasiya.az xəbər verir ki, bunu Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza Ukrayna üzrə Afrika missiyasının Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib.

O, bunun hər iki tərəf üçün faydalı olacağını vurğulayıb. Ukraynadakı münaqişənin sülh yolu ilə yekunlaşmasının hər iki tərəfin maraqlarına cavab verdiyini diqqətə çatdıran Ramafoza bildirib: “Biz inanırıq ki, sülhün bərpası bəşəriyyətin, o cümlədən Rusiya və Ukraynanın maraqlarına cavab verir. Münaqişə sülh yolu ilə həll edilməlidir. Biz hamımız (Afrika ölkələri) sülhün tərəfdarıyıq”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir