Azərbaycanın Xalq artisti, xanəndə Canəli Əkbərov komaya düşüb.
Bu barədə Azinformasiya.Az-a sənətkarın yaxınları bildirib.
Məlumata görə, C. Əkbərov ev şəraitində müalicə olunur, vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, C.Əkbərov iki il bundan öncə beyin insultu keçirib.