Cənubi Koreyada güclü meşə yanğınları nəticəsində dörd nəfər həlak olub, altı nəfər yaralanıb

Cənubi Koreyanın cənub-şərqində baş verən güclü meşə yanğınları nəticəsində ən azı dörd nəfər həlak olub, altı nəfər isə yaralanıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb

Yanğınlar cümə günü, Seuldan 250 kilometr cənub-şərqdə yerləşən Sançxon qraflığında başlayıb. Güclü küləklər səbəbindən alov sürətlə digər bölgələrə yayılıb və artıq 3000 hektardan çox ərazi yanıb. Ən çox zərər çəkən ərazilərdən biri, 1000 hektardan çox sahənin məhv olduğu Uison qraflığıdır.

Uison qraflığında yerləşən, Silla sülaləsi dövrünə aid qədim Unramsa məbədi də yanğın nəticəsində məhv olub. Məbədin altı binası yanıb, ancaq rahiblər qiymətli artefaktları xilas edə biliblər.

Mərkəzi Fövqəladə Hallar üzrə Mübarizə Qərargahının məlumatına görə, 1500-dən çox insan müvəqqəti sığınacaqlara təxliyə edilib. Yanğınsöndürənlər ölkənin cənub-şərqindəki dörd qraflıqda alovla mübarizəni davam etdirirlər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir