Cəlilabadda zəncirvari yol qəzası baş verib, 2 nəfər xəsarət alıb

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.

Belə ki, “VAZ-2106” markalı iki avtomobil və “Mercedes” markalı bir minik maşını toqquşub. Nəticədə iki nəfər- 1956-ci il təvəllüdlü Mirhəsən Abdullayev və 1988-ci il təvəllüdlü Cavid İsmayılov xəsarət alıb. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir