Cəlilabadda qəza baş verib.
Azinformasiya.az xəbər verir ki, hadisə Cəlilabad şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. “Hyundai” və “Mercedes” markalı avtomobillər toqquşub. İlkin məlumata əsasən, qəzanın avtomobillərdən birinin ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi zamanı baş verdiyi deyilir.
Hadisədə xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. Hazırda qəzaya uğrayan avtomobillərin hadisə yerindən çıxarılması və hadisənin təfərrüatlarının araşdırılması davam edir.
Azinformasiya.az