Cəlilabadda qəza baş verib, iki nəfər xəsarət alıb

Cəlilabad rayonunda qəza baş verib, xəsarət alanlar var.

 

Azinformasiya.az xəbər verir ki, Cəlilabad şəhərinin Cavadxan küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

“VAZ-2106” markalı avtomobil “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində xəsarət alan Cəlilabad rayon sakinləri, 1987-ci il təvəllüdlü Fərrux Məmmədov və 2001-ci il təvəllüdlü Vüsal Abdullayev rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir