Cəlilabadda maşın hasara çırpılıb, ata və 11 yaşlı qızı xəsarət alıb

Cəlilabadda yol nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Cəlilabad şəhərində, avtovağzal ərazisində baş verib.

“Mercedes” markalı minik avtomobilinin daş hasara çırpılması nəticəsində 1976-cı il təvəllüdlü Mirfəttah Təhməzov və onun övladı – 2012-ci il təvəllüdlü V. Təhməzova xəsarət alıb.

Xəsarət alanlar rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir