Cəlilabadda ev yanıb.
Azinformasiya.az xəbər verir ki, hadisə Uzuntəpə kəndində baş verib.
Kənd sakini, 1991-ci il təvəllüdlü Nəsirov Fikrətə məxsus 90 kvadratmetrlik ikiotaqlı ev tamamilə yanıb.
Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az