Cəlilabadda iki avtomobil toqquşub.
Azinformasiya.az xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralının Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakininin idarə etdiyi “Honda” markalı minik avtomobili, Cəlilabad rayon sakinin idarə etdiyi “Chevrolet” markalı minik avtomobili ilə avtomobili ilə toqquşub.
Qəza nəticəsində “Honda” markalı avtomobildə olan 3 nəfər xəsarət alıb. Onlar dərhal Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qəzanın başvermə səbəbləri araşdırılır.
Azinformasiya.az