Cəlilabad rayonunda ağır yol qəzası olub.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Hamarqışlaq kəndi ərazisindən keçən hissəsində baş verib.
Avtomobilin aşması nəticəsində xəsarət alan iki nəfər rayon sakini – 1987-ci il təvəllüdlü Tünzalə Hökməliyeva və 2008-ci il təvəllüdlü Zəhra Hökməliyeva rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az