Cəlilabad rayon sakini yanaraq ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə yanvarın 3-də baş verib. Cəlilabad şəhər sakini 1949-cu il təvəllüdlü Xasagül Balaşova yaşadığı evdə sobanı yandırmaq istəyərkən sobanın üzərinə aşması nəticəsində yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az