Cəlilabadda 3 otaqlı evdə yanğın baş verib.
Azinformasiya.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Sabirabad kəndində ümumi sahəsi 153 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Azinformasiya.az