Cəlilabadda yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə Cəlilabad rayonunun Albalan kəndi ərazisində baş verib. “Chevrolet Niva” markalı avtomobillə “VAZ 2107” markalı avtomobil toqquşub.
Qəzada xəsarət alan 2 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. “Chevrolet Niva” markalı avtomobilin Cəlilabad rayonunun Saatlı kənd sakini, xanəndə Füzuli Salmanova məxsus olduğu bildirilir. Onun ailə üzvləri də avtomobildə olub.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az