Cəlilabadda 16 yaşlı gənc həmkəndlisini traktorla vuraraq öldürüb

Cəlilabad rayonunda 16 yaşlı gənc ehtiyatsızlıqdan həmkəndlisini traktorla əzib, yaralı hadisə yerində ölüb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Uzuntəpə kəndində baş verib.

2008-ci il təvəllüdlü Həsənov Məhəmməd Həbib oğlu yaşadıqları evin həyətində atası Əliyev Həbib Əzizağa oğluna məxsus 90-K-305 dövlət qeydiyyat nişanlı traktoru irəli hərəkət etdirdiyi vaxt traktora qoşulmuş ot (pres) bağlayan qurğunun arxa metal hissəsinin ehtiyatsızlıqdan arxada dayanmış Cahid Vahabova dəyib. C. Vahabov xəstəcanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir