Cəlilabad şəhərində qəza olub, 3 nəfər xəsarət alıb

Cəlilabadda yol nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az xəbər verir ki, qəza Cəlilabad şəhərində, Silsilə deyilən ərazidə baş verib. Qəzada “Pajero” markalı və “VAZ 2107” markalı minik avtomobilləri toqquşub. Qəza zamanı 3 nəfər rayon sakini, 1992-ci il təvəllüdlü Elxan Quluzadə, 1991-ci il təvəllüdlü Orxan Hüseynzadə və 1995-ci il təvəllüdlü Əsgər Quliyev xəsarət alıb.

Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir