Cəbrayılda sursat partlayışı olub, ANAMA əməkdaşı həlak olub, xəsarət alanlar var

Cəbrayıl rayonunda sursat partlayışı hadisəsi baş verib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətinin birgə məlumatında deyilir.

Məlumata əsasən, işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində 21 iyun tarixində icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir