Cəbrayılda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Karxulu kəndi ərazisində baş verib.
“Mitsubishi” markalı avtomobil hərəkətdə olan zaman idarəetməni itirərək aşıb. Hadisə nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir nəfər isə ölüb.
Qəza nəticəsində həlak olan 1981-ci il təvəllüdlü Nicat Ağayevin Lənkəran sakini olduğu bildirilir. Mərhum ehtiyatda olan hərbi qulluqçu olub. 44 günlük Vətən müharibəsi iştirak edib və bir sıra medallarla təltif olunub.
Faktla bağlı araşdırma başlanılıb.
Azinformasiya.az