Bu gündən şəhərlərarası sərnişindaşımada sərnişinlərdən COVID-19-a qarşı ikinci doza peyvənd olunması və yaxud COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq.
Azinformasiya.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah sentyabrın 24-də qərar qəbul edib.
Belə ki, bu gündən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla, ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən COVID-19-a qarşı ikinci doza peyvənd olunması və yaxud COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunacaq.