Nazirlər Kabineti İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edib.
Azinformasiya.Az xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, AZPROMO Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.