Bu kəndlər də Azərbaycana qaytarılır – Ərdoğan TARİXİ AÇIQLADI

Razılaşmaya əsasən, Ermənistan Kəlbəcəri 15 noyabr, Ağdam və Qazax bölgələrini 20 noyabr, Laçını isə 1 dekabra qədər Azərbaycana qaytaracaq.

Azinformasiya.Az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəsi təmin olunacaq və bu məqsədlə yol inşa ediləcək.

Bundan başqa, Ermənistanla Xankəndi arasında keçid dəhlizi açılacaq, işğaldan sonra köçkün düşən azərbaycanlılar BMT-nin Qaçqınlarla bağlı Ali Komissarlığının nəzarəti altında evlərinə geri qayıdacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir