Həftəsonu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.
“Azinformasiya.Az” Trend-ə istinadən bildirir ki, sərtləşdirilmiş xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 26 sentyabr gecə 00:00-dan Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın hərəkəti və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.
İctimai nəqliyyat sentyabrın 28-i səhər saat 06:00-da yenidən fəaliyyətlərini bərpa edəcək.