Britaniyanın yeni XİN rəhbəri Ukraynaya gedib, Zelenski ilə görüşüb

Böyük Britaniyanın yeni təyin olunmuş xarici işlər naziri Devid Kemeron nazir kimi ilk səfərini Ukraynaya edib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “X” hesabında bildirib.

Zelenskinin sözlərinə əsasən, Kemeronla görüş zamanı cəbhə üçün silahlar, hava hücumundan müdafiəni gücləndirmək, infrastrukturun qorunması ilə bağlı səmərəli müzakirə baş tutub.

“Mən Böyük Britaniyaya dəstəyinə görə minnətdaram!”, – Zelenski vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir