Böyük Britaniyanın Böyük Mançester əyalətində sinaqoqda bıçaqlı hücum olub.
Azinformasiya.az BBC-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
Hücumu törədən şəxsin də öldüyü ehtimal edilir.
Məlumata əsasən, o, təhlükəsizlik qüvvələri tərəfindən atəşə tutulub. Ancaq həmin şəxsin üzərində naməlum əşyaların olması səbəbindən ona yaxınlaşmaq mümkün deyil.
Əraziyə bomba zərərsizləşdirmə komandası göndərilib.
Azinformasiya.az