Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Çinə əvvəlcədən planlaşdırılan səfərini təxirə salıb.
Azinformasiya.az “Reuters”ə istinadən xəbər verir ki, buna səbəb kimi Çinin xarici işlər naziri Tsin Qanın bir aya yaxındır heç bir səbəb göstərilmədən ictimaiyyət arasında görünməməsi göstərilib.
C.Kleverlinin iyulun sonunda Çinə səfəri gözlənilirdi.
Rəsmi London və Pekin tərəfindən səfərin yeni tarixi nəzərdən keçirilir.
Qeyd edək ki, T.Qan barədə bir aya yaxındır məlumat yoxdur. Çin XİN rəhbəri barəsindəcinayət işi açıldığı ehtimal olunur. Qeyri-rəsmi informasiyalara görə, nazirin nikahdan kənar əlaqələri barədə xəbər yayıldıqdan sonra yoxa çıxıb.
Azinformasiya.az