Britaniya XİN rəhbəri Azərbaycanla Ermənistanı sülh razılaşmasını tezliklə imzalamağa çağırıb

Biz Azərbaycanla Ermənistan arasında danışıqların başa çatmasını və tarixi sülh razılaşmasının əldə olunmasını alqışlayırıq.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Böyük Britaniya Parlamentindəki çıxışında krallığın xarici işlər naziri Devid Lemmi deyib.

Devid Lemmi, eyni zamanda tərəfləri sülh razılaşmasını mümkün qədər tez bir zamanda imzalamağa çağırıb.

Qeyd edək ki, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri martın 13-də bəyanat yayaraq, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir