Böyük Britaniyanın XİN başçısı Ceyms Kleverli Kiyevə gedib.
Azinformasiya.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniya XİN rəhbəri Kleverli ilə görüşü ilə bağlı “Telegram” səhifəsində paylaşımında bildirib.
Tərəflər NATO-nun Vilnüs sammitindən Ukraynanın gözləntiləri də daxil olmaqla müxtəlif məsələləri müzakirə ediblər.
Zelenskinin görüş barədə paylaşdığı videogörüntüdə o, bildirir ki, son həftələrdə “vacib razılaşmalar” əldə olunub.
“Böyük Britaniyanın Ukraynaya verdiyi güclü dəstəyə görə çox minnətdarıq”, – Zelenski görüşdə söyləyib. Ukrayna Prezidenti bu yaxınlarda ukraynalı pilotlara döyüş təyyarələrindən istifadə etmək üçün təlimlərə başlayacağına görə Böyük Britaniyaya minnətdarlığını bildirib.
Görüşdə Böyük Britaniyanın xarici işlər naziri qışda Kiyevə son səfərindən danışıb. “Lakin bu dəfə şəhərdə daha çox həyat olduğunu görürəm”, – Kleverli vurğulayıb.
Azinformasiya.az