Böyük Britaniya Ukraynaya yeni səfir təyin edib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Böyük Britaniya XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Martin Harris ölkənin Ukraynada yeni səfiri təyin olunub. O, bu vəzifədə Melinda Simmonsu əvəz edəcək.
Harris 2023-cü ilin sentyabrında səfir kimi fəaliyyətə başlayacaq.
“Səfirliyimizin Ukrayna hökumətini və xalqını öz ölkəsini və ümumi dəyərlərimizi müdafiə etdiyi bir vaxtda Ukraynaya qayıtmaqdan şadam. Böyük Britaniyanın Ukrayna ilə münasibətləri heç vaxt bu qədər güclü olmayıb və biz Ukraynanın yanında olmağa davam edəcəyik”, Martin Harris vurğulayıb.
Martin Harris 2003-2008-ci illərdə Kiyevdə olub və orada nümayəndəlik rəhbərinin müavini və baş konsul vəzifəsində fəaliyyət göstərib.
Azinformasiya.az