Böyük Britaniya Ukraynaya daşqınlarla mübarizə üçün 16 milyon funt sterlinq humanitar yardım ayırıb.
Azinformasiya.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərən
in cəbhə bölgəsində yaşayan və köçkün düşmüş ukraynalılara, xüsusilə də Kaxovka SES-in dağılmasından sonra daşqınlardan zərər çəkənlərə 16 milyon funt-sterlinq dəyərində humanitar yardım edəcəyi açıqlanıb.
İngiltərə Xarici İşlər Nazirliyindən bildirilib ki, təxminən 42 min insana dəstək olmaq məqsədilə 16 milyon funt sterlinq humanitar yardım göndəriləcək. Daha öncə isə daşqınlara görə İngiltərə tərəfindən Xersona 220 milyon funt-sterlinq humanitar yardım edildiyi qeyd olunub.
Azinformasiya.az