Britaniya səfiri: Ukraynaya verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edirik

Ukraynanın bərpası istiqamətində verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edirik.

 

Azinformasiya.az xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould Böyük Brtaniya Kralı III Çarlzın doğum günü ilə bağlı mərasimdə çıxışında söyləyib.

“Bu il Rusiyanın Ukraynaya işğalçı hücumundan bir il keçdi. Mən şadam ki, Azərbaycan və Ukrayna Prezidentləri bu il Kişiniyovda görüşdü. Azərbaycan XİN başçısı Londonda keçirilən Ukraynanın Bərpası Konfransında iştirak etdi və o, ukraynalı həmkarı ilə görüşdü. Azərbaycana Ukraynanın yenidən qurulması istiqamətində İrpinin bərpasına verdiyi və verəcəyi yardıma görə təşəkkür edirik”, – səfir qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir