Britaniya səfiri Qızılhacılıdakı mina partlayışı ilə bağlı paylaşım edib

Böyük Britaniya səfiri Fergus Auld bu gün Qazaxın Qızılhacılı kəndində baş vermiş mina partlayışı ilə bağlı paylaşım edib.

 

Azinformasiya.az  xəbər verir ki, paylaşımda deyilir:

“Qızılhacılı kəndində mina partlayışı nəticəsində DSX və ANAMA əməkdaşlarının yaralanma xəbərindən çox təəssüfləndim. Onlara tezliklə sağalmalarını arzulayıram. Mina təhlükəsinə qarşı mübarizədə tərəfdaşlarımızla işləməyə davam edəcəyik”, o bildirib.

 

Azinformasiya.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir