Britaniya səfiri Fazil Mustafaya qarşı terror aktını qınayıb

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilən terror aktı ilə bağlı paylaşım edib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə səfir “Twitter“ hesabında bildirib.

“Bir neçə ay öncə Fazil Mustafayla tanış olmaq imkanım olmuşdu. Ötən axşam ona qarşı baş verən silahlı hücum məni çox kədərləndirdi. Bu hadisəni şiddətli şəkildə qınayır və onun tezliklə sağalmasını arzulayıram”, – paylaşımda deyilir.

Xatırladaq ki, dünən Sabunçu rayon Zabrat qəsəbəsində millət vəkili Fazil Mustada evinin qarşısında silahlı hücuma məruz qalıb.“Kalaşnikov” avtomatından çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkili Kliniki Tibbi Mərkəzdə yerləşdirilib.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir