“Biz COP29-un təşkil edilməsində Azərbaycana dəstək olmağa hazırıq”.
Azinformasiya.az xəbər verir ki, bu barədə Böyük Britaniya səfiri Fergus Auld “X” paylaşımında deyib.
O qeyd edib ki, Böyük Britaniyanın Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Departamentinin nümayəndələri ilə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan İqtisadiyyat Nazirliyi və Azərbaycan Xarici İşlər Nazirliyinin COP29-un təşkilində vacib rol oynayan nümayəndələri arasında müzakirələr aparılıb.
Azinformasiya.az