Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Böyük Britaniya hökuməti Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə məlumatı Britaniya Krallığının hökuməti rəsmi internet saytında dərc edib.

Məlumatda Britaniyanın Rusiyaya məxsus 86 fiziki şəxs və şirkətə qarşı sanksiya tətbiq etdiyi qeyd olunub.

Onların sırasında “Rusiya Mis Şirkəti”nin Direktorlar Şurasının sədri İqor Altuşkin, Metallurgiya İnvestisiya Bankı və metal istehsalı ilə bağlı səkkiz Rusiya şirkəti yer alır.

Bundan əlavə, qeyd olunub ki, Britaniya hökuməti “Kalaşnikov” konserni də daxil olmaqla, Rusiyaya aid 20 müdafiə sənayesi müəssisəsinin və şirkətinin rəhbərinə qarşı sanksiya tətbiq edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir